Ceyhun Bayramov və Hakan Fidanın mətbuat konfransı VİDEO
Azərbaycan və Türkiyə xarici işlər nazirləri vacib mövzularla bağlı jurnalistlərin suallarını cavablandırdılar
15:19
Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov birgə mətbuat konfransı keçirir.
***
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, C.Bayramov H.Fidanı nazirliyin binası önündə qarşılayıb.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda rəsmi səfərdədir.