XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov və Hakan Fidan telefonla danışıblar

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb

Ceyhun Bayramov və Hakan Fidan telefonla danışıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.

    Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.