XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb

Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Qeyd olunub ki, səfər çərçivəsində C. Bayramovun 10 iyun tarixində Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.