XƏBƏRLƏR / Elm və Texnologiya

Çin fəzaya 3 astronaft göndərdi, biri pakistanlıdır

Bu barədə "Xinhua" agentliyi xəbər verir

Çin fəzaya 3 astronaft göndərdi, biri pakistanlıdır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Çin "Tiangong" orbital stansiyasına üç astronavt - iki çinli və bir pakistanlı - daşıyan "Shenzhou-24" kosmik gəmisini buraxıb.

    Bu hadisə tarixdə ilk dəfə bir əcnəbinin (pakistanlı) Çin kosmik stansiyasında olması ilə əlamətdardır və o da öz növbəsində aşağı Yer orbitinə çıxan ilk Pakistan vətəndaşı olub.

    Bu Pakistan Hərbi Hava Qüvvələrinin pilotu Məhəmməd Zişan Əlidir. O, Çin missiyasında iştirak edən ilk xarici astronavt və "Tiangong" stansiyasına gələn ilk qeyri-çinli ziyarətçidir.

    Əli 50-dən çox müraciət edən arasından seçilib və Çində yeddi aylıq təlim keçib. Orbitdə o, mikroyosunlar, özünü bərpa edən materiallar və kinoa ilə bağlı dörd elmi təcrübədə iştirak edəcək.

    Missiya təxminən bir həftə davam edəcək və bundan sonra astronavt "Şençjou-23" kapsulunda Yerə qayıdacaq.

    Pakistan bu uçuşu öz kosmik proqramının inkişafı və Çinlə əməkdaşlıqda mühüm addım adlandırır.