Çin Rusiya Prezidenti V.Putinin səfər tarixini açıqlayıb
Çinin Xarici İşlər Nazirliyinin məlumatı
Çinin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin tarixini açıqlayıb.
Nazirlik Rusiya dövlət başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında 19-20 may tarixlərində Çində səfərdə olacağını bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin Çin səfəri ABŞ Prezidentinin səfərindən 4 gün sonraya təsadüf edəcək. Beləliklə, Çinin dünyanın iki böyük dövlətinin liderini eyni ayda qonaq etməsi baş verəcək.
1 dəqiqədən az