Ermənistan Rusiya əleyhinə səs verdi, Bakı iştrak etmədi
Sənəd lehinə 105 səs, ABŞ daxil olmaqla 9 ölkə əleyhinə səs verib

Ermənistan BMT Baş Assambleyasının Rusiyaya qarşı ittihamları ehtiva edən qətnaməsinə səs verib.
Sənəd lehinə 105 səs, ABŞ daxil olmaqla 9 ölkə əleyhinə səs verib, 33 ölkə bitərəf qalıb.
Qətnamənin preambulasında xüsusilə “Rusiyanın Ukrayna və Gürcüstana təcavüzündən” bəhs edilir. Qətnamədə həmçinin “Rusiyanın Ukraynaya təcavüzü cinayəti üzrə xüsusi tribunalın yaradılması” üzərində işdən də bəhs edilir.
Azərbaycan nümayəndəsi səsvermədə iştirak etməyib.