Çində sürüşmə nəticəsində 47 nəfər torpağın altında qalıb
Kənddən 200-dən çox sakin təxliyə edilib
Çinin cənub-qərbindəki Yunna vilayətində torpaq sürüşməsi nəticəsində ən azı 47 nəfər torpaq axını və dağıntı altında qalıb.
Vilayətin hakimiyyət orqanları xəbər verir ki, təbii fəlakət yerli vaxtla səhər saat 5:51-də Caotan şəhərinin Lianşuy kəndində baş verib. Torpaq sürüşməsi nəticəsində 18 fərdi ev axın altında qalıb.
Hadisə yerinə 200-dən çox xilasedici, 40-dan çox texnika cəlb olunub. Kənddən 200-dən çox sakin təxliyə edilib. Hazırda axtarış-xilasetmə işləri aparılır.