XƏBƏRLƏR / Dünya

Çinin şimalında qədim buddist məbədi aşkarlanıb

Sinxua agentliyi xəbər verir

Çinin şimalında qədim buddist məbədi aşkarlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin şimalında yerləşən Şansi əyalətində Şimali Vey sülaləsinə (386-534-cü illər) aid buddist məbədi tapılıb.

    Sinxua agentliyi xəbər verir ki, Şansi arxeologiya institutunun açıqlamasına görə, kral məbədi olduğu güman edilən qədim abidə Şimali Vey sülaləsinin saray xarabalıqlarından təxminən 300 metr məsafədə aşkarlanıb.

    Tədqiqatçılar məbədin mərkəzində mirvari və mis üzüklərin olduğu kvadrat çuxur tapıblar. Eyni zamanda, içəridə bəziləri rənglənmiş, bəziləri isə qızıl ilə bəzədilmiş 200-dən çox buddist heykəli olub. Məbədin divarının rəsmlərlə boyandığı güman edilir.