Çinin xarici işlər naziri Əfqanıstanda səfərdədir
Bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyi məlumat yayıb

13:56
Çin Əfqanıstanın "Bir kəmər, bir yol" layihəsində iştirakında və Kabulla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Əfqanıstan Xarici İşlər Nazirliyi xəbər verir ki, bu barədə Çinin XİN başçısı Van İ Kabulda əfqanıstanlı həmkarı Əmir Xan Muttaki ilə danışıqlar zamanı bildirib.
Xüsusilə tərəflər iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
"Pekin Əfqanıstanın müvafiq qurumları ilə faydalı qazıntıların kəşfiyyat və hasilatı sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır", - Van İ qeyd edib.
O əlavə edib ki, hər iki ölkənin müvafiq qurumları Əfqanıstandan Çinə ixracın artırılması üzərində işləyir.
Əmir Xan Muttaki nəqliyyat, iqtisadiyyat və ticarət sahələrində Çinlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflərini təqdim edib.
"Çin Əfqanıstanın ticarət tərəfdaşıdır, bu ölkə ilə illik ticarət dövriyyəsi bir milyard dollara çatır", - Əfqanıstan XİN başçısı vurğulayıb.
***
13:15
Çinin xarici işlər naziri Van İ Kabulda səfərdədir.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Səfər çərçivəsində o, Çin, Əfqanıstan və Pakistan XİN başçılarının altıncı dialoqunda iştirak edəcək.