XƏBƏRLƏR / Hərbi

Cocuq Mərcanlıda minaya düşən çoban həlak olub

Bu barədə məlumatı ANAMA verib

Cocuq Mərcanlıda minaya düşən çoban həlak olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı ərazisində minanın partlaması nəticəsində çoban həlak olub.

    Bu barədə məlumatı Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) və Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

    Hadisənin minalardan təmizlənməyən ərazidə baş verdiyi qeyd edilir.

    Heyvandarlıqla məşğul olan Füzuli rayonunun Qazaxlar kənd sakini, 1964-cü il təvəllüdlü Alışov Oqtay Bayram oğlu təmizlənməmiş əraziyə keçib və orada tank əleyhinə minanın partlaması nəticəsində dünyasını dəyişib.

    Allah rəhmət eləsin!