Ermənistan NATO ilə əməkdaşlığı gücləndirir
İrəvanın NATO və ATƏT-dəki nümayəndələrini hərbi attaşelər əvəz edəcək
Ermənistanın NATO və ATƏT-dəki nümayəndələrini hərbi attaşelər əvəz edəcək. Bu qərar Ermənistan hökumətinin cümə axşamı keçirilən iclasında qəbul edilib.
Müdafiə attaşesi Ermənistanı NATO-nun Brüsseldəki qərargahında, digəri isə Belçikanın Mons şəhərində yerləşən NATO-nun Ali Müttəfiq Komandanlığında təmsil edəcək. Bundan əlavə, müdafiə attaşesi Ermənistanın Vyanada ATƏT-dəki nümayəndə heyətinin tərkibində çalışacaq.