XƏBƏRLƏR / İctimaiyyət

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək YENİLƏNİB

Bunu Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova deyib

COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu məlumatı COP29 Sədrliyinin ilk mətbuat konfransında çıxışı zamanı COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova deyib.

    O xatırladıb ki, ölkəmiz bugünədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib:

    "Lakin iştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq. Tədbirin keçiriləcəyi məkan kimi Bakı Olimpiya Stadionu seçilib. Bu qərar BMT (UNFCCC) ilə məsləhətləşmələr və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən böyükmiqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığı tam təmin edilib".

    Onun sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf mühitə mümkün mənfi təsiri minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır.

    "Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadion ətrafında əlavə konstruksiyalar quraşdırılacaq", - deyə o qeyd edib.

    Mətbuat konfransında ilk dəfə COP-29-un loqosu təqdim edilib.

    COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.

    Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpü salır. Bunların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özlüyündə beş fərqli elementi ehtiva edir - flora və fauna, hava və külək, su, enerji və kainat. Loqo iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticə yönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir.