XƏBƏRLƏR / İctimaiyyət

Daha 3 itkin-şəhidin kimliyi müəyyənləşdirilib

Onların hər üçü 15 mayda dəfn olunacaq.

Daha 3 itkin-şəhidin kimliyi müəyyənləşdirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsi zamanı şəhid olan üç hərbçinin qalıqları müəyyən edilib.

    Zaur İmamqulu oğlu Sadıqov (1973-cü il təvəllüdlü, Füzuli rayonu, İşıqlı kəndi). 22 iyul 1993-cü ildən döyüşdə itkin düşüb.

    Ələddin Qazıyev (1973-cü il təvəllüdlü, Füzuli rayonu, İşıqlı kəndi). 2 iyul 1993-cü ildən döyüşdə itkin düşüb.

    Rafiq Şakir Cəfərov (1973-cü il təvəllüdlü, Füzuli rayonu, Aşağı Əbdülrəhmanlı kəndi). 23 avqust 1993-cü ildən döyüşdə itkin düşüb.

    Onlarıb hər üçü 15 mayda dəfn olunacaq.