XƏBƏRLƏR / İctimaiyyət

Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi

Ədalət Abbasov 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb

Gəncədə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 13:12

    Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Vilayət oğlu Abbasovla Daşkəsən rayonu Xoşbulaq kəndində keçirilən vida mərasimi başa çatıb.

    Şəhidin nəşi Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

    Dəfn mərasimində şəhidin doğmaları, Daşkəsən Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    ***

    12:13

    Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ədalət Vilayət oğlu Abbasovun meyitinin qalıqları Daşkəsən rayonuna gətirilib.

    Şəhidin nəşi Daşkəsən rayonu Xoşbulaq kəndində ailəsinə təhvil verilib.

    Hazırda şəhidlə vida mərasimi keçirilir.

    Qeyd edək ki, Ədalət Vilayət oğlu Abbasov 1970-ci il mayın 25-də Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. O, 1992-ci il noyabrın 15-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

    Ə.Abbasov Gəncə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.