XƏBƏRLƏR / İctimaiyyət

Daxili İşlər Nazirliyi təşəkkür etdi

İyulun 2-si Polis günü idi

Daxili İşlər Nazirliyi təşəkkür etdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Polisinin yaranmasının 106 illiyi və Polis Günü münasibətilə ayrı-ayrı nazirlik, komitə və şirkətlərdən, idarə və müəssisələrdən, ictimai təşkilatlardan, media nümayəndələrindən, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərindən, habelə bir çox ölkələrin müvafiq dövlət qurumlarından Daxili İşlər Nazirliyinə çoxsaylı təbriklər daxil olmuş, sosial şəbəkələrdə postlar yazılmışdır".

    Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti bəyan edib.

    “Polisin çətin və şərəfli xidməti ilə bağlı təbriklərinə, səmimi sözlərinə və xoş arzularına görə onların hər birinə dərin minnətdarlığımızı bildiririk”, - DİN-in Mətbuat xidməti bildirib.