Gəncədə küçəyə atılan uşaqların adları açıqlandı
Bu barədə TƏBİB-dən məlumat verilib
21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq - 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun 4 aylıq bacısı Cəlilova Mələk Həsən qızı gətirilib.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumatda deyilir ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Qurum qeyd edib ki, hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri stabildir.