XƏBƏRLƏR / Hadisə

Dənizdə batan 4 gəncin sonuncusunun meyiti tapılıb

2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti xilasetmə məntəqəsindən 3 km aralıda aşkar edilib

Dənizdə batan 4 gəncin sonuncusunun meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.

    Bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

    Qeyd edək ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.

    Axtarışlar nəticəsində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən iki qardaş - 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu, bundan başqa, 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

    Dördüncü şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilirdi.