Donald Tramp Fars körfəzi ölkələrinə “tur”a başlayır
ABŞ Prezidentini Səudiyyə Ərəbistanının vəliəhdi və faktiki hökmdarı bin Salman qarşılayıb

Donald Tramp Fars körfəzi ölkələrinə “tur”a başlayır.
ABŞ Prezidenti Tramp ikinci müddətində ilk rəsmi dövlət səfərinə başlamaq üçün Ər-Riyada gəlib.
Trampı Səudiyyə Ərəbistanının vəliəhdi və faktiki hökmdarı bin Salman qarşılayıb.
İlk dayanacaq Səudiyyə Ərəbistanıdır.
"Reuters" xəbər verir ki, ABŞ Prezidenti, İlon Mask və bir sıra amerikalı iş adamlarının müşayiəti ilə Ər-Riyada səfər edəcək, daha sonra Qətərə, cümə axşamı isə Birləşmiş Ərəb Əmirliklərinə gedəcək.
Ər-Riyadda Donald Tramp Səudiyyə-Amerika İnvestisiya Forumunda iştirak edəcək.
Tramp mayın 13-dən 16-dək Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.