XƏBƏRLƏR / Yaddaş

Dövlət və hökumət rəsmiləri Xocalı abidəsini ziyarət ediblər

Faciə qurbanlarının əziz xatirələrini ehtiramla anılıb

Dövlət və hökumət rəsmiləri Xocalı abidəsini ziyarət ediblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

    Dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.