XƏBƏRLƏR / Hava

Dumanlı hava hələ bir gün də davam edəcək

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Dumanlı hava hələ bir gün də davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə 200-700 metrədək məhdudlaşır.

    Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.