Dünən Bakıda olan Kolonna bu gün ərazimizə durbinlə baxır
Ermənistanda olan Fransa xarici işlər naziri bir sıra antiazərbaycan bəyanatları verib
Ermənistanda səfərdə olan Fransanın xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədində olub.
Kolonna Cermuk (İstisu) şəhərindəki Aİ-nin mülki missiyasının işi ilə tanış olub.
“Əməkdaşlıq bizə müsbət nəticələr verir. Müşahidəçilər sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı məlumatları yerindəcə əldə etmək mümkündür. Bu, müşahidəçi missiyadır, silahlı missiya deyil, məqsəd vəziyyəti izləməkdir, lakin onların mövcudluğu gərginliyi azaltmağa kömək edir. Azərbaycan və Ermənistan arasında etimadı bərpa etmək üçün atəşkəsə əməl edilməlidir”- Fransanın XİN rəhbəri deyib.
Bundan əlavə Kolonna "Armenpress" agentliyinə müsahibəsində bir sıra antiazərbaycan bəyanatlar səsləndirib:
- Laçın dəhlizi haqda Beynəlxalq Məhkəmənin qərarı məcburidir və yerinə yetirilməlidir
- Dekabrın 12-dən etibarən Laçın dəhlizi ilə nəqliyyatın hərəkətinə maneçilik törədilməsi yolverilməzdir.
- Bu vəziyyət qəbuledilməzdir, çünki Dağlıq Qarabağ əhalisi üçün iqtisadi və humanitar böhranın ciddi təhlükələri ilə doludur.
- Azərbaycanın Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi yaratmaq qərarı böyük narahatlıq doğurur ki, bunu Avropa İttifaqı və ABŞ da qeyd edir.
- Nəzarət-buraxılış məntəqəsi Ermənistan və Azərbaycan arasında baş nazir Paşinyanın qəti sadiq olduğu sülh danışıqlarının davam etdirilməsinə mane olur.
- Biz istəyirik ki, beynəlxalq ictimaiyyətin dəstəyi ilə Dağlıq Qarabağ nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında danışıqlar başlasın.