XƏBƏRLƏR / Siyasət

Dünya beşdən böyükdür, çünki insanlıq beşdən böyükdür

Bunu Türkiyə Prezidenti R.T.Ərdoğan IV Antalya Diplomatik Forumunun açılışında deyib

Dünya beşdən böyükdür, çünki insanlıq beşdən böyükdür
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatik Forumunun açılış mərasimində çıxışı zamanı deyib:

    • Dünya beşdən böyükdür, çünki insanlıq beşdən böyükdür.
    • Beynəlxalq ictimaiyyət daha ədalətli və humanist siyasət qura bilmir.
    • Biz münaqişədən daha çox dialoqa və qütbləşmədənsə kollektiv müdrikliyə üstünlük verdiyimizi bir daha bəyan edirik.
    • Biz təkcə bu bölgənin sakinləri deyilik - biz onun sahibləriyik. Biz min ildir buradayıq, inşallah, hələ çox əsrlər də burada olacağıq.
    • Biz zorakılığın deyil, harmoniyanın olduğu bir bölgə görmək istəyirik. Qan, ağrı və gərginlik olmayan, amma rifah olan yerdə - uşaqlarımıza belə bir dünya buraxmağa çalışırıq.
    • İsrail cinayətləri qarşısında susmaq şəriklikdir.
    • İsrail artıq bir il yarımdır ki, əsas insan haqlarına məhəl qoymur və beynəlxalq hüququ tapdalayır, Fələstin xalqına qarşı açıq soyqırım törədir.
    • Hətta müharibədə belə qanuni dövlət belə hərəkət etməməlidir. Bu dövlət terroru deyilmi? İsrail terror dövlətidir.
    • Bu zülmə etiraz etmək təkcə qardaş xalqımız qarşısında deyil, həm də insanlıq qarşısında borcumuzdur.
    • Heç kimin Fələstin xalqının qəhrəmancasına mübarizəsinə “terrorizm” damğası vuraraq böhtan atmağa haqqı yoxdur.
    • 500 il əvvəl biz bu torpaqlarda sürgün edilmiş yəhudi xalqına sığınacaq vermişik. Türkiyə o vaxt necə idisə, bu gün də eynidir.
    • Biz münaqişə tərəfləri arasında mehriban qonşuluq münasibətləri və dialoq vasitəsilə ölkə ətrafında sülh və təhlükəsizlik kəməri qurmağa çalışırıq.
    • Biz təkcə Suriyada deyil, 8 dekabr inqilabından sonra açılan bütün regionda davamlı sabitlik şansının əldən çıxmasına imkan verməyəcəyik.
    • Bizim Suriyadakı dözümlülük və problemləri dialoq yolu ilə həll etmək istəyimiz heç kim tərəfindən zəiflik kimi qəbul edilməməlidir. Sakitlik heç kimi səhv macəralara sövq etməməlidir.
    • Nə qədər ki, İsrail Qəzzada dövlət terrorizmini davam etdirir, atəşkəsə nail olmaq səylərini əngəlləyir və mülki əhalinin üzərinə bombalar yağdırır, davamlı sülhdən danışmaq mümkün deyil.
    • Kıbrıs türklərinin bərabər hüquqlarının və beynəlxalq statusunun tanınmasına nail olmaq üçün səylərimizi gücləndiririk. Ədalət bərpa olunana qədər bunun üçün çalışacağıq.
    • Bir şey aydındır: Avropanın təhlükəsizliyini Türkiyəsiz təsəvvür etmək mümkün deyil. Və biz gələcəkdə bu məsuliyyəti öz üzərimizə götürməyə hazırıq.