XƏBƏRLƏR / Ekologiya

Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada toplaşıb

YENİLƏNİB / BİRBAŞA

Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada toplaşıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 10:50

    Bu gün Antalya şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə COP31 Liderlər Zirvəsi keçirilir.

    Qonaqları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş qarşılayır.

    BİRBAŞA

    Zirvədə 95 ölkədən 102 liderin iştirak edəcək.

    Azərbaycan Prezidenti İlham Əliyev də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfər edib.

    ***

    10:35


    Bu gün Antalya şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə COP31 Liderlər Zirvəsi keçiriləcək.

    Zirvədə BMT-nin Baş katibi Antonio Quterreşin, eləcə də 95 ölkədən 102 liderin iştirakı gözlənilir.

    COP31-də liderlər səviyyəsində Avstriya, Böyük Britaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Finlandiya, Kipr Respublikası, Hollandiya, İspaniya, İsveç, İtaliya, Monteneqro, Şimali Kipr Türk Respublikası, Şimali Makedoniya, Lixtenşteyn, Malta, Moldova, Norveç, Sloveniya, Bosniya, Bosniya və Ukrayna, Burundi, Əlcəzair, Esvatini, Efiopiya, Fil Dişi Sahili, Qabon, Qvineya-Bisau, Komor adaları, Konqo, Konqo Demokratik Respublikası, Lesoto, Liviya, Madaqaskar, Mali, Mavritaniya, Mozambik, Ruanda, Seyşel adaları, Somali, Sudan, Azərbaycan, Tanba, Çin, İndoneziya, Ermənistan, Fələstin, Cənubi Koreya, Gürcüstan, İraq, İraq Kürdüstan Regional Rəhbərliyi, İran, Qətər, Qazaxıstan, Qırğızıstan, Küveyt, Livan, Maldiv adaları, Malayziya, Özbəkistan, Pakistan, Suriya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan və Boliviya. Braziliya, Qayana, Venesuela, Antiqua və Barbuda, Baham adaları, Barbados, Sent Kitts və Nevis, Sent Lusiya, Avstraliya, Kiribati, Marşal adaları, Mikroneziya, Niue, Palau, Solomon adaları, Tonqa və Tuvalu rəhbərləri iştirak edəcək.

    Açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin iqlim strategiyası və baxışını təqdim edəcək. BMT-nin Baş katibi Antonio Quterreş və COP31-in sədri, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum da çıxış edəcəklər.

    Proqram çərçivəsində Türkiyənin yeddi bölgəsinin xalq rəqslərini vahid xoreoqrafiyada birləşdirən "Anadolu Ateşi" rəqs qrupunun çıxışı təqdim olunacaq.

    Bundan başqa, Türkiyənin COP31-in əsas mesajı kimi irəli sürdüyü "Tətbiq COP-u" konsepsiyasını əks etdirən xüsusi film nümayiş etdiriləcək. Zirvənin "Let's COP" adlı rəsmi mahnısı da dünya liderlərinin diqqətinə çatdırılacaq.

    ***

    09:42

    Dünyanın iqlim gələcəyinin formalaşdırılacağı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) üçüncü günündə Liderlər Sammiti başlayır.

    "TRT Haber"ə görə, dünyanın diqqət mərkəzində olan zirvəyə 102 ölkənin dövlət və hökumət başçısı, 300 nazir, 196 ölkədən yüksək səviyyəli nümayəndə heyətləri qatılır.

    Liderlər "Anadolu Zalı"nda toplaşacaq.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfər edib.