Dünyada müsəlman əhali artır, xristianlıq isə azalır
Bu barədə "The Washington Post" məlumat verib

"Pew Research Center" mərkəzinin araşdırmasına görə, xristianların ümumi sayı 2,3 milyarda çatsa da, dinin əhali arasında yayılma payı 1,8 faiz azalaraq 28,8%-ə düşüb.
Müsəlman əhalisinin sayı isə 1,8 faiz artaraq 25,6%-ə çatıb.
"10 il ərzində belə dramatik dəyişikliyin baş verməsi sadəcə heyrətləndiricidir. Bu müddət ərzində müsəlman və xristian əhalinin sayı bir-birinə yaxınlaşıb. Müsəlmanlar digər əsas dinlərdən daha sürətli artırlar", - deyə hesabatın aparıcı müəllifi Pyu Konrad Hakett bildirib.