XƏBƏRLƏR / Din

Həbsdə olan ilahiyyatçıların ailələrinin etiraz aksiyası

Aksiya iştirakçıları həbsdə olan yaxınlarının günahsız olduğunu bildirib

Həbsdə olan ilahiyyatçıların ailələrinin etiraz aksiyası
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Mayın 26-da həbsdə olan inanclı fəalların bir qrup ailə üzvü Azərbaycan Prezident Admistrasiyasının binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları həbsdə olan yaxınlarının fotolarını qaldıraraq onların günahsız olduğunu bildirib.

    Etiraz aksiyasının iştirakçılarından biri "Amerikanın Səsi"nə bidirib ki, ailə üzvlərini narkotik ittihamı ilə saxlasalar da, istintaqda sorğu-suallar İranla bağlı olub və daha sonra yerli televiziya kanalları onları “İran casusu” kimi təqdim edib.  

    Polis aksiyaya müdaxilə etməyib. Lakin aksiya iştirakçılarına etirzalarını bildirmək üçün Prezident Administrasiyasının qəbul şöbəsinə müraciət etmələrini məsləhət görüb. Daha sonra aksiya iştirakçıları avtobusa mindirilərək Prezident Administrasiyasının binasının qarşısından uzaqlaşdırılıb.

    Xatırladaq ki, son aylarda Azərbaycanda İranla məxfi əməkdaşlıqda günahlandırılan çoxsaylı inanclı insan həbs edilib. Onların əksəriyyətinə sonradan narkotik ittihamı verilib.(Turan)