BLOQ

Dünyanın ən nüfuzlu 25 qadını

Siyahıda Zelenskaya da var

Dünyanın ən nüfuzlu 25 qadını
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Britaniyanın "Financial Times" jurnalı dünyanın ən nüfuzlu 25 qadınının siyahısını hazırlayıb.

    Siyahıda aktrisalar, xanım siyasətçilər, hüquq müdafiəçiləri, ictimai şəxslər və digərləri var.

    Ukraynanın birinci xanımı Yelena Zelenskaya dünyanın ən nüfuzlu 25 qadını sırasına daxil olub. O, Estoniya Baş naziri Kaya Kallas tərəfindən təklif edilib. Kallas Zelenskayanın dürüstlüyünə heyran olduğunu bildirib.

    Yelena Zelenskaya

    “O bilir ki, yuxudan oyanıb vətənin işğal edildiyini görmək nə deməkdir. Sevdiklərini bir daha görüb-görməyəcəyini bilməmək və bütün bunlara baxmayaraq, azadlıq uğrunda mübarizə aparmaq üçün özündə necə güc tapacağını düşünmək…”, - xanım Baş nazir onun haqqında yazıb.

     Nərgiz Mühəmmədi

    Ən nüfuzlu qadınlar siyahısında Güney Azərbaycanın Zəncan bölgəsindən olan hüquq müdafiəçisi və insan haqları fəalı Nərgiz Mühəmmədi də var. 1972-ci ildə anadan olan məşhur hüquq müdafiəçisi Şirin İbadinin rəhbərlik etdiyi İnsan Haqları Müdafiəçiləri Mərkəzinin (DHRC) vitse-prezidentidir. İlk dəfə 1998-ci ildə həbsə düşən Məhəmmədi sonradan dəfələrlə həbs həyatı yaşamalı olub.  2016-cı ilin may ayında Mühəmmədi Tehranda “ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı” yaratdığına və ona rəhbərlik etdiyinə görə 16 il həbs cəzasına məhkum edilib. Ona bu il Nobel Sülh Mükafatı verilib.

    Ursula fon der Lyayen 

    Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də siyahıya salınıb. O, ABŞ-ın maliyyə naziri Canet Yellen tərəfindən bu siyahıya salınıb. Yellen onun COVID-19-un iqtisadi təsirinə qarşı çıxmaq və Avropanın bərpasına kömək etmək üçün çalışdığını bildirib.

    Siyahıda “OpenAI” şirkətinin texnologiyalar üzrə direktoru Mira Murati, BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının icraçı katibi Elizabet Maruma Mrema, Braziliyanın ətraf mühitin mühafizəsi naziri Marina Silva, yazıçı Lola Şoneyin, avstraliyalı aktrisa Marqo Robbi, amerikalı müğənni Beyons, amerikalı tennisçi Koko Qauf, ispaniyalı futbolçu Cenni Hermoso və digərləri var.

    Mira Murati
    Elizabet Maruma Mrema
    Marina Silva
     Lola Şoneyin
    Marqo Robbi
    Beyons
    Koko Qauf
     Cenni Hermoso