İlon Maskın ölüm barədə çox maraqlı, hətta deyərdim təhlikəli açıqlaması var.
O deyir: Ölüm məlumatların kəsilməsidir. Əgər biz ölürüksə və bədənimiz çürüyürsə, bu ölüm deməkdir? Əsla! Məsələn, siz hansısa kompüter oyununda yanırsınız (xallarınız itir), amma yenidən başlaya bilirsiniz. Niyə? Çünki oyundaki məlumatlar hələ də qalır. Əgər gələcəkdə elə bir texnologiya olsa ki, sizin sağ ikən bütün məlumatlarınız bir yerə toplanar və siz öləndən sonra bir süni intellektə yüklənərsə, o formada həyata davam etmək istərdinizmi?
Maddənin üç halına nəzər salaq. Su, ya maye, ya buxar (qaz), ya da bərk haldadır (buz). Digər maddi varlıqlar da eyni xüsusiyyətə malikdirlər. Suyun buxarlanması onun yoxa çıxması demək deyil. Eynilə insanın çürüyüb qaz halına çevrilməsi kimi. Fiziki bədəni ilə yanaşı, deməli onun düşüncələri də eyni hala düşür. Biz bu gün" filankəs kimdənsə və ya nədənsə ilham aldı" ifadəsini işlədirik. Yəni yeni ideya, düşüncə sahibi oldu. Deməli, ad dəyişməklə mahiyyət dəyişmir. Bizim ilham adlandlrdığımız əslində kiminsə və ya nəyinsə, ya hazırda mövcud olan və ya nə vaxtsa mövcud olmuş yaddaş sisteminin bir hissəsidir.
Buradan sual yarana bilər. İndiki kiminsə düşüncəsi qaz halına çevrilirsə, niyə hamı deyil, məhz müəyyən şəxs, ya şəxslər ilham alırlar?! Axı hava da pərakəndədir. İndi gəlin kimyada atomlara nəzər salaq. Bir maddənin başqa bir maddə ilə birləşməsi yalnız atomlatın strukturunda bənzərlik olduğu halda baş verir. Məsələn, su yağla qarışmır, çünki atomlar fərqli strukturdadılar. Bəzən bir maddə başqa bir maddə ilə qarışdıqda onu xarab edir, bəzən bir tərkibdən başqa tərkib meydana gəlir və ya biri digərinin xüsusiyyətini dəyişir. Eynilə düşüncə kimi. Biri peyğəmbərin Qurana söykənən düşüncəsindən faydalanaraq onun rənginə düşür, biri ondan suistifadə edərək "sünnə" adlı yeni toksin tərkib hazırlayır və s. Deməli, birinin müsbət ilham alması üçün onun xüsusiyyətlərinə yaxın olması lazımdır.
Yenə qayıdaq süni intellektə yüklənən yaddaşa. Amma mövzuya davam etmək üçün yaranan bir sıra suallara cavab verməliyik? Düşünən bizik, yoxsa beyinimiz? Özünü intihar edən insan bir əli ilə kəndir asır, digər əli isə özünü boğulmağa qoymur və xilas olmağa can atır. Burada kimdir düşünüb höküm verən? Bir beyin, amma iki fərli (zidd) hökmə icra edən ili əl... Başqa bur sual... İki insanın başı bir-birinə transplantasiya olunarsa o halda birinin düşüncəsidəmi digərinə keçir? Meymun beyini insana və əksinə qoyularsa, o halda insan meymun kimi, meymun da insan kimi düşünməyə başlayacaqmı?
Başqa bir məsələ. Məlum məsələdir ki, bir insanın yaddaşını süni intellektə onun sağlığında keçirmək lazım olacaq. Belə olan halda insanın beynində nələr qalacaq? Əgər, fərz edək, bu iş baş verərsə, süni intellekt bizim qədər düşünəcək, yoxsa bizim kimi? Bəs hisslər? Düşüncədən doğan hissləri də yaşaya biləcəkmi?
Bunu da fərz edək ki, bütün bunlar həyata keçdi. Siz (bu yazını oxuyan hər kəs) süni intellekt halında yaşamağa davam etmək istərdinizmi?
* Məsələnin dini tərəfinə hələ keçid etmirəm . Yəni, insanın öldükdən sonraki axirət sorğu-sualına...