Müasir Azərbaycan ədəbiyyatı kiçik cüzi istisnalarla çox maraqsızdır. Nə dinamikası var, nə dramatizmi, nə də dramaturgiyası.
Yazıçılarımızın, xüsusən gənc yazarlarımızın gözündə yaradıcılıq yalnız müəllif "Eqo"sunun təbliğatıdır.
O, öz itirilmiş mistikasını bərpa etməsə, sırf bioloji mahiyyətdə qalsa, tezliklə lap tükənib sıradan çıxacaq.
Sadə xalq bu "yazarları" çoxdan öz siyahısından slilb, güc verib meyxanaçılara. Dövlət bu yazarlara gülür. Dəqiqəbaşı həqarət edir.
Gözümün qarşısında bu ədəbiyyat öz son günlərini yaşayır...
Heç ağlıma belə gəlməzdi ki, bu ədəbiyyatın axırını görmək mənim qismətimdədir.
Heç ağlıma belə gəlməzdi ki, bu ədəbiyyatın axırını görmək mənim qismətimdədir.
Bu ədəbiyyatdan heç nə gözləmirəm mən. Heç nə...
Onu artıq ölmüş bilirəm.
Xahiş edirəm, etirafımı səmimi qəbul edəsiniz.