13:101
Əfqanıstanın Kunar vilayətindəki orta məktəbdə baş verən güclü partlayış nəticəsində azı 25 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb.
Bu barədə Əfqanıstanın "Hasht-e Subh Daily" nəşri məlumat yayıb.
Həlak olanların və xəsarət alanların hamısı orta məktəb şagirdləridir. Yaralılar vilayət xəstəxanasına çatdırılıb.
Hadisənin səbəbləri hələlik məlum deyil.
***
12:53
Əfqanıstanın Kunar vilayətində məktəbdə partlayış baş verib.
"Al Jazeera"ya açıqlama verən tibb rəsmisinin sözlərinə görə, Əfqanıstanın şərqindəki Kunar vilayətində məktəb yaxınlığında baş verən partlayış nəticəsində azı altı şagird həlak olub, 97 nəfər isə xəsarət alıb.
Kunar Vilayət Xəstəxanasının rəhbəri Mövla Dad şənbə günü "Al Jazeera"ya bildirib ki, bu rəqəmlər ilkin xarakter daşıyır və yeni məlumatlar əldə olunduqca itki sayı dəyişə bilər.
Əfqanıstanın şərqindəki Kunar vilayətinin Andar Ser ərazisində, orta məktəbin yaxınlığındakı bir evdə şənbə günü yerli vaxtla səhər saat 10 radələrində partlayış baş verib. Bu barədə Kunar vilayətinin İnformasiya və Mədəniyyət İdarəsinin müdiri Mövləvi Sami-ül-Haq "Al Cazeera" telekanalına məlumat verib.
Onun sözlərinə görə, ev mədən işləri ilə məşğul olan şəxslərə məxsus olub və onlar orada dinamit saxlayıblarmış.
Sami-ül-Haq hadisə ilə bağlı, o cümlədən xəsarət alanların sayı və ya dəymiş ziyanın miqyası barədə əlavə təfərrüat açıqlamayıb. O, hazırda başqa məlumatın olmadığını əlavə edib.
Pakistanla sərhəddə yerləşən Kunar vilayətindən olan istintaq qrupları hadisə yerində olublar.
1 dəqiqə