XƏBƏRLƏR / İctimaiyyət

Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir

Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

    Komissiyanın növbəti iclası aprelin 17-nə təyin edilib.

    Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.

    Əfv Məsələləri Komissiyasının ilk iclasında 100-dən çox müraciətə baxılıb.