İstintaq Qubad İbadoğlunu Almaniyaya müalicəyə buraxdı
Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib
Üç il əvvəl cinayət məsuliyyətinə cəlb edilən iqtisadçı Qubad İbadoğlu barəsində sonradan seçilmiş həbslə bağlı olmayan qətimkan tədbiri dəyişdirilib.
Bu barədə istintaq orqanı qərar qəbul edib.
Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova deyib ki, müvəkkilinin səhhətində yaranan ciddi problemlərlə bağlı barəsindəki "polisin nəzarəti altına vermə" qətimkan tədbiri ləğv edilib
Təqsirləndirilən Qubad İbadoğlunun ürək əməliyyatı və digər müayinələr üçün Almaniyaya getməsinə icazə verilib.
Vəkilinin sözlərinə görə, İbadoğlu istintaqdan yayınmamaq barədə öhdəlik imzalayıb. Cinayət işi üzrə yekun qərar hələ verilməyib. Vəkil istintaqın dayandırılacağını istisna etmir.
Qeyd edək ki, Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs edilmişdi. Sonradan onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
1 dəqiqədən az