"Əgər mənə ehtiyacınız olsa, demək sizə heç nə öyrətməmişəm"
Qardaş Türkiyə Cümhuriyyətinin 100 ili tamam oldu!
ƏGƏR MƏNƏ NƏ VAXTSA EHTİYACINIZ OLSA, DEMƏK MƏN SİZƏ HEÇ NƏ ÖYRƏTMƏMİŞƏM...
Mustafa Kamal Ataturk.
Azərbaycan Demokratik Respublikasının yaranmasından 5 il sonra, 1923-cü il oktyabr ayının 29-da Türkiyə Cümhuriyyəti elan olunub.
Ankarada Atatürkün şəxsi kitabxanasında olarkən orada yer alan Məhəmməd Əmin Rəsulzadənin müəllif olduğu bir kitabın sonunda Mustafa Kamalın öz əli ilə yazdıqlarını gördüm: "Məmməd Əmin bəy, mən dünyaya səndən üç il erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!".
Türkiyənin tam müstəqilliyi 24 iyul 1923-cü ildə imzalanmış Lozzana sazişindən sonra qəbul olunub. Böyük Millət Məclisinin 1923-cü il 29 oktyabrda saat 18:45-də keçirdiyi iclasdan sonra, saat 20:30-da "YAŞASIN CÜMHURIYYƏT" sədaları altında Cümhuriyyət elan olundu.
ANS Şirkətlər Qrupu, VMF Holding və bütün bizim ailəmiz və əməkdaşlarımızın adından qardaş Türk xalqını ürəkdən təbrik edirik və Allahdan Türkiyəyə iqtisadi inkişaf, siyasi sabitlik və daim başı yuxarı olmağı arzu edirik!