Ələt-Astara yolunda 3 avtomobil körpüsünün inşası yekunlaşır

AAYDA xəbər verir VİDEO

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt-Astara-İranla dövlət sərhədi magistral avtomobil yolu üzərində 3 avtomobil körpüsünün inşasını yekunlaşdırmaq üzrədir.

    Bu barədə agentlik xəbər verir.

    Layihəyə uyğun olaraq körpülər magistralın Cəlilabad və Masallı rayonları ərazisindən keçən hissələrində inşa edilir.

    Magistralın 145-ci km-lik hissəsində Dərə çayı üzərində və 157,3-cü km-lik hissəsində Tatyançay üzərində inşa olunan körpülərin hər birinin uzunluğu 30,2 metr, 177,5-ci km-lik hissəsində Korçay üzərində inşa edilən körpünün uzunluğu isə 46,2 metr təşkil edir.

    Körpülər 2 hərəkət zolaqlı olmaqla hər birinin eni 14,5 metrdir.

    Hazırda hər 3 körpü üzrə son tamamlanma işləri aparılır.

    Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın müddət ərzində tam yekunlaşdırılması planlaşdırılır.