Əliyev Cənubi Qafqazda təhlükəsizliklə bağlı paneldə olacaq
Mühhen Təhlükəsizlik Konfransı öz işinə başlayır
Əliyev Münhendə Cənubi Qafqazda təhlükəsizliklə bağlı müzakirələrdə iştirak edəcək
Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də Münhendə (Almaniya) 2023-cü il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirak edəcək.
Tədbirin proqramına əsasən, panel müzakirəsində ATƏT-in baş katibi Helqa Mariya Şmid və Gürcüstanın baş naziri İrakli Qaribaşvili də iştirak edəcəklər.
Panelin mövzuzu Çənubi Qafqazla bağlı olsa da gündəlikdə Ermənistan baş naziri Nikol Paşinyanın adı çəkilmir. Onun niyə dəvət olunmaması və ya özünün iştirakdan imtina etməsi məlum deyil.
Münhen Təhlükəsizlik Konfransı 2023-cü il fevralın 17-dən 19-dək Münhendə keçiriləcək.