Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasında İrəvanı ifşa etdi
Azərbaycanın BMT yanında daimi nümayəndəsi açıq debatda çıxış edib
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması” iclası çərçivəsində “Dünyada aclıq və münaqişələrlə bağlı ərzaq təhlükəsizliyi” mövzusunda açıq debatda çıxış edib.
Yaşar Əliyev çıxışında qeyd edib ki, “Azərbaycan Ermənistanın humanitar yardım məsələsindən öz məqsədləri üçün sui-istifadə etmək üçün ardıcıl səylərini pisləyir. Laçın SKM-nin yaradılması hər bir dövlətin öz sərhədlərinin təhlükəsizliyini, insanların, nəqliyyat vasitələrinin və malların hərəkətini təmin etmək hüququ kimi Azərbaycanın da danılmaz suveren hüququdur. Əslində, 2023-cü il iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi yekdilliklə Ermənistanın iddialarını əsassız hesab edərək, SPT-yə qarşı müvəqqəti tədbirlər görmək tələbini yekdilliklə rədd etdi”.