XƏBƏRLƏR / Siyasət

Əliyevlə Paşinyan planlaşdırılandan tez görüşə bilər?

Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib

Əliyevlə Paşinyan planlaşdırılandan tez görüşə bilər?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyulun 21-nə planlaşdırılan görüş daha əvvəl baş tuta bilər, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.


    “Ola bilsin ki, Brüsseldə bu görüş iyulun 21-dən xeyli tez baş tutsun”, – Qriqoryan “Amerikanın Səsi” radiostansiyasına müsahibəsində deyib.

    Qriqoryanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında Brüssel, Moskva və ya Vaşinqtonda aparılan danışıqlar “bir-birini tamamlayır”.

    "Danışıqların gündəliyi, müzakirə olunan məsələlər, demək olar ki, eynidir. ABŞ-ın regionda iştirakı isə sabitliyin təmin olunmasına kömək edir və biz ABŞ-ın danışıqlarda iştirakını vacib hesab edirik, çünki Vaşinqton çox böyük işlər görür. danışıqların irəliləməsi üçün səylər göstərir”, - Qriqoryan qeyd edib.

    Azərbaycan tərəfi bu barədə heç bir məlumat verrməyib.