XƏBƏRLƏR / Siyasət

Elmira Axundova Ukraynada səfir vəzifəsindən geri çağırıldı

Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev təyin edilib

Elmira Axundova Ukraynada səfir vəzifəsindən geri çağırıldı
Elmira Axundova
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın".

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 23 may 2023-cü il 

    ***

    Seymur Mərdəliyev

    Seymur Qurban oğlu Mərdəliyev Azərbaycan Respublikasının BMT-nin Cenevrədəki ofisində daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılaraq Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.