XƏBƏRLƏR / Seçki

Ən yaşlı seçicilərdən biri olan Fatma Səttarova da səs verib

102 yaşlı xanım Bakı Sağlamlıq Mərkəzində yaradılmış seçki məntəqəsində səs verib

Ən yaşlı seçicilərdən biri olan Fatma Səttarova da səs verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. Seçkilərdə ən yaşlı seçicilərdən biri, İkinci Dünya müharibəsi veteranı, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, 102 yaşlı Fatma Səttarova da iştirak edib.

    Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində (BSM) müalicəsi davam edən Fatma Səttarova BSM-də yaradılmış seçki məntəqəsində səs verib.

    İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın Azərbaycanın ictimai-siyasi və mədəni həyatında böyük xidmətləri var. Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib.