Antoni Blinken Çinə səfər edib
Bu ABŞ dövlət katibinin 2018-ci ildən bəri Çinə ilk səfəridir
ABŞ Dövlət katibi Entoni Blinken Çinə səfər edib.
Bu barədə ABŞ dövlət katibinin sözçüsü twitter hesabında paylaşım edib.
"Çin Xalq Respublikası ilə münasibətlərimiz bizim ən mürəkkəb və ardıcıl əlaqələrimizdən biridir. İki ölkə arasında əlaqə yaratmağımız vacibdir", - deyə qeyd olunub