XƏBƏRLƏR / Qonşular

Ərdoğan Bəşər Əsədlə Kazanda görüşə bilər

Bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verir

Ərdoğan Bəşər Əsədlə Kazanda görüşə bilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti R.T. Ərdoğanla Suriya Prezidenti Bəşər Əsəd arasında uzun illərdən sonra ilk görüş oktyabrda BRICS sammiti zamanı və ya bir qədər sonra Kazanda baş tuta bilər, - Türkiyənin "Milliyet" qəzeti.

    Ərdoğan Əsədlə görüşməyə hazır olduğunu və Suriya tərəfdən müvafiq təklifə cavab gözlədiyini bildirib.

    "İnanıram ki, bu görüşlə ölkələr arasında münasibətlərdə yeni mərhələ başlayacaq", - Türkiyə Prezidenti bildirib.