XƏBƏRLƏR / Hadisə

Ərdoğan zəlzələ bölgəsində fövqəladə vəziyyət elan etdi

Türkiyə lideri qeyd edib ki, Türkiyədə zəlzələlər 13 milyondan çox vətəndaşa ziyan vurub

Ərdoğan zəlzələ bölgəsində fövqəladə vəziyyət elan etdi
R.T.Ərdoğan
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyədə baş verən zəlzələ ən böyük qlobal fəlakətlərdən birinə çevrilib.

    Türkiyə lideri qeyd edib ki, Türkiyədə zəlzələlər 13 milyondan çox vətəndaşa ziyan vurub. O qeyd edib ki, Türkiyə hava limanlarının bir hissəsi yalnız humanitar uçuşlara və zərərçəkənlərə yardım edən təyyarələrə xidmət göstərir. Ərdoğan bildirib ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 3500-ü keçib və artmaqda davam edir.

    Türkiyə Prezidenti zəlzələnin nəticələrinin aradan qaldırılması üçün büdcədən 100 milyard türk lirəsi (5,3 milyard dollar) ayrıldığını açıqlayıb. "Birinci mərhələdə təcili yardım göstərmək və dəstək fəaliyyətlərini təşkil etmək üçün qurumlarımıza dərhal 100 milyard lirə ayırdıq"- deyib.

    Ərdoğan həmçinin ölkənin zəlzələdən zərər çəkmiş 10 vilayətində fövqəladə vəziyyət elan edib və orada fövqəladə vəziyyət rejimi tətbiq edib. Türkiyə lideri qeyd edib ki, zəlzələnin nəticələrinə görə bu tədbirlər məcburidir. Onun sözlərinə görə, fövqəladə vəziyyətin tətbiqi tez və səmərəli axtarış-xilasetmə əməliyyatına zəmanət verir.

    Ərdoğanın qeyd etdiyi kimi, Türkiyə hökuməti zərərçəkənlərin yerləşdirilməsi üçün Antalyada otellər açmağı planlaşdırır. "Fəlakət zonasına yaxın yerlərdən başlayaraq, qış mövsümü ilə əlaqədar artıq fəaliyyətini dayandıran otellərin təbii fəlakətdən zərər çəkənlər üçün ayrılmasına dair lazımi planlar hazırlanır. Bunun üçün təkcə Antalya bölgəsində 50 min çarpayı hazırlanıb" - deyə Ərdoğan vurğulayıb.