XƏBƏRLƏR / Siyasət

Ərdoğan iyunun 13-də Azərbaycana gələcək

Bu barədə Türkiyə mətbuatı yazıır

Ərdoğan iyunun  13-də Azərbaycana gələcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12 iyunda Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcək.

    Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

    Ərdoğanın Şimali Kiprdə Prezident Ersin Tatarla görüşəcəyi bildirilir.

    Nəşrin xəbərinə görə, Türkiyə lideri iyunun 13-də isə Azərbaycana səfər edəcək, Prezident İlham Əliyevlə görüşəcək.

    Ərdoğanın Azərbaycana səfəri zamanı iki dövlət başçısının Cənubi Qafqazda sülh və sabitliyə yönəlik bəyanatlarla çıxış edəcəkləri qeyd olunub.

    Nə Türkiyə rəsmiləri, nə də Azərbaycan tərəfi xəbəri hələ təsdiqləməyib.

    Lakin XİN rəhbəri Ceyhun Bayramovun Vaşinqton səfərini təxirə salması Ərdoğanın Azərbaycana gəlişi ilə bağlı ola bilərdi.