XƏBƏRLƏR / Qonşular

Ərdoğan məmurlara çağırış etdi: Yorulmusunuzsa, istefa verin

"TRT Haber" məlumat verir

Ərdoğan məmurlara çağırış etdi: Yorulmusunuzsa, istefa verin
Rəcəb Tayyib Ərdoğan
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məmurlara çağırış edib.

    Bunu Türkiyənin dövlət başçısı hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) 23-cü ildönümü ilə bağlı keçirilən tədbirdə işləməkdən yorulan məmurları istefaya çağırıb.

    “Fikrimcə, belə məmurlar varsa, onların istirahət etməsi yaxşıdır. Amma işləyənlər də gərək düzgün və məsuliyyətli olsunlar. Xalqa xidmət barədə düşünsünlər”, - R.T.Ərdoğan söyləyib.