Ərdoğan ona sonuncu dəfə dəstək verilməsini xahiş etdi VİDEO
Türkiyə prezidenti AK Parti Qrup Toplantısında vacib açıqlamalar verib
Türkiyə Prezidenti R.T.Ərdoğan bu ilki prezident seçkilərində ona sonuncu dəfə dəstək verilməsini xahiş edib. Bunu o, Türkiyə Böyük Millət Məclisininn AK parti qrup toplantısında bildirib.
Ərdoğan "Seçkilərin dəqiq tarixi nə vaxtdır" “sualına cavab olaraq bildirib: "Sular durulmadan seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz”. O bildirib ki, ictimai rəydə olan hər şey hakimiyyətin gündəmindədir: “Çünki biz işimizi ictimai rəyi uyğun qururuq”.
Qeyd edək ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop söyləmişdi ki, gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil.
Xatırladaq ki, iddialara görə, seçkilər aprelin 30-da, mayın 7-də və mayın 14-də keçirilə bilər.
O qeyd edib ki, Türkiyənin özünün yaratdığı bir raketi belə yox idi.
Ərdoğan AK parti qrup toplantısında Türkiyənin texnologiya sahəsində irəlilədiyini deyib:
"Raketləri özümüz hazırlayırıq. Qarabağa nə üçün getdik? Çünki orada bizim qardaşlarımız var. Qardaşlarımızn olduğu hər yerdə Türkiyə var" - deyə R.T. Ərdoğan əlavə edib.