Ərdoğan: Rusiyanın Qarabağı 2025-də tərk edəcəyinə inanıram
Türkiyə Prezidenti bunu NATO-nun Vilnüs sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib
Ərdoğan: Rusiyanın Qarabağı tərk edəcəyinə inanıram
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitindən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşmaya əsasən, Rusiya sülhməramlı kontingenti 2025-ci ilə qədər Azərbaycanın Qarabağ bölgəsində olmalıdır.
“2025-ci ildə Rusiya bu ərazini tərk etməlidir. Razılaşmalar da bu istiqamətdədir. İnanıram ki, Rusiya bu razılaşmaya sadiq qalacaq”, - Türkiyə lideri jurnalistin rus sülhməramlıları ilə bağlı sualını cavablandırarkən deyib.
Ərdoğan əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu prosesi diqqətlə izləyir.