Ərdoğan Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Bu barədə Türkiyə Prezidenti "X" hesabında bildirib

Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında bildirib.
“Ağrısını heç vaxt unutmayacağımız, kədərini daim içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - Ərdoğan vurğulayıb.