Hakan Fidan Bakıya gəlib YENİLƏNİB
Sabah Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransının (AQEM (CICA) Dövlət və Hökumət Başçıları Şurasının VII-ci iclası keçiriləcək
19:32
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanda səfərdədir.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Türkiyəli nazir Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tərəfindən qarşılanıb.
Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcəyi CICA-nın VII Zirvə toplantısında iştirak etmək üçün Bakıya gəlib.
***
14:36
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransının (AQEM (CICA) Dövlət və Hökumət Başçıları Şurasının yeddinci iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, H.Fidanın Zirvə Görüşündə çıxış etməsi və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.
1 dəqiqə