"Qiymətli dostlarım və dava yoldaşlarım. Biz Cümhur İttifaqı olaraq ölkəmizin ən kritik seçkilərinin ilk sınağını böyük minnətdarlıqla verdik.
Təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, qorxuya düşmədən, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıq. Zəhmətinizə, əməyinizə və fədakarlığınıza görə hər birinizə təşəkkür edirəm. Rəbbimə min dəfə şükür edirəm ki, mənə sizin kimi yoldaşlar verdi. İndi mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır... Seçkilərin ikinci turu 27 may çevrilişinin 63-cü ildönümündən bir gün sonra, mayın 28-də keçiriləcək.
Biz öz siyasətinin mərkəzinə milli iradəni, vətənə, millətə xidmət eşqini qoyan bir ittifaqıq.
Bizə qayğı göstərən, bu məqsədlə lazım olanda tanklara meydan oxuyan millətimizə minnət borcumuzu ancaq daha çox çalışmaqla ödəyə bilərik.
Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, millətimiz bizdən hədəflərinə çatmağı gözləyir.
Zəlzələdən zərərçəkənlərimiz yaralarının tezliklə sağalmasını gözləyirlər.
Biz artıq 28 may seçkisi üçün qutunun rəngi bəlli olandan işə başlamışıq.
İnşallah qarşıdakı günləri ən yaxşı və məhsuldar şəkildə dəyərləndirəcəyik.
Allahın izni ilə 28 mayı Türkiyənin Yüz ilinin müjdəçisi edəcəyik.
Mən sizə inanıram".