XƏBƏRLƏR / Münaqişə

Ərəb Dövlətləri Liqası İranın İraqa hücümunu sərt qınayıb

ƏDL SEPAH-ın Ərbil şəhərinə endirdiyi zərbələrlə bağlı İranın verdiyi izahatları qənaətbəxş hesab etmir

Ərəb Dövlətləri Liqası İranın İraqa hücümunu sərt qınayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ərəb Dövlətləri Liqası (ƏDL) İran tərəfinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbil şəhərinə endirdiyi zərbələrlə bağlı verdiyi izahatları qənaətbəxş hesab etmir. Bu barədə Ərəb Liqası Şurasının fövqəladə iclasının yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.

    Təşkilat yekun qətnaməsində “bu insident və onun nəticələrinə görə tam məsuliyyəti” Tehranın üzərinə qoyub və belə hərəkətləri “bir daha təkrar olunarsa, bütün regionda sülh və təhlükəsizliyə təhlükə yarada biləcək son dərəcə təhlükəli presedent” adlandırıb.

    Ərbilə hücumun özü Ərəb Liqasında “İraqın suverenliyinə qarşı açıq təcavüz” və “yaxşı qonşuluq və beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması” kimi qiymətləndirilib.

    İclas iştirakçıları İraqın ərazi bütövlüyünü müdafiə etmək və bu cür hərəkətlərə cavab vermək üçün “beynəlxalq hüquqla tənzimlənən bütün diplomatik və hüquqi vasitələrdən istifadə etmək” hüququnu tanıyıblar.

    Qeyd edək ki, hal-hazırda ƏDL təşkilatına 22 ərəb və Afrika dövlətləri daxildir.