Ərəb ölkələri İrana qarşı əməliyyatda iştirak etmək istəyir
Bunu CNN-ə müsahibəsində ABŞ prezidenti Donald Tramp açıqlayıb
ABŞ Prezidenti Donald Tramp: Ərəb ölkələri indi İrana qarşı əməliyyatda iştirak etməkdə israrlıdırlar - CNN
Tramp İranın Bəhreyn, İordaniya, Küveyt, Qətər və BƏƏ-yə hücumlarından təəccübləndiyini bildirib. "Biz təəccübləndik. Biz onlara dedik ki, "Biz bunu həll edəcəyik". İndi isə onlar döyüşmək istəyirlər. Və onlar aqressiv şəkildə vuruşurlar. Onların çox az iştirakı olacaqdı, indi isə onlar iştirak etməkdə israrlıdırlar", - deyə o qeyd edib.
Tramp həmçinin İrana kimin rəhbərlik edəcəyini hələ bilmədiyini bildirib. O, 49 yüksək vəzifəli iranlının öldürüldüyünü iddia edib: "Onlar bir az qudurdular, hamısı bir yerə toplaşdı. Fikirləşirdilər ki, onlar aşkar edilə bilməzlər. Amma bu belə deyildi. Biz bundan şoka düşdük".
1 dəqiqədən az